891 Milyon Dollarlıq Oyun

Diqqət: Spoiler ehtimalı var

Nəhayət, Squid Game-in 3-cü sezonu yayımlandı və daha bir oyunun sonuna şahid olduq.

Bir az geriyə baxsaq, serial ilk dəfə yayımlandığı zaman hər kəs eyni fikirdə idi: “Bu, tamam fərqlidir.” Və bu, həqiqətən belə idi. Elə buna görədir ki, üçüncü sezonun ilk bölümü tam 66 milyon nəfər tərəfindən eyni anda izlənildi.

Çünki Squid Game təkcə bir serial deyildi – bu, ustalıqla hazırlanmış gerilla marketinq kampaniyası idi.

Serial hələ yayımlanmamışdan öncə TikTok-da qırmızı və göy zərflərlə oynayan, uduzanlara sillə atan insanların videoları sürətlə yayılmağa başlamışdı. Serial yayımlandıqdan sonra isə personajlar, simvollar və hətta aktyorların şəxsi həyatı belə gündəmdən düşmədi.

Hər detal sanki əvvəlcədən düşünülmüş və marketinq strategiyasının bir hissəsi kimi qurulmuşdu.

Və nəticələr heyrətamiz oldu:

  • 21 milyon dollar büdcə
  • 111 milyon izləyici
  • 891 milyon dollar gəlir
  • 76 ölkədə trendə düşdü

Düşünürəm ki, Squid Game gerilla marketinqin ən uğurlu nümunələrindən biridir.

Serialın sonunda hadisələrin Amerikaya daşınacağına dair mesaj verildi. Yeni sezon da eyni təəssüratı yaradacaqmı? Bilmirəm. Yeganə ümidim odur ki, amerikalılar onu sadəcə klassik aksiyon filmə çevirməsinlər…

Bəs siz izlədinizmi? Gözləntilərinizi qarşıladı?

Məqalənin orijinalı Sabina Aghayeva tərəfindən Linkedİn-də paylaşılmışdır

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir