Az büdcəli kiçik sahibkarların ən çox verdiyi suallardan biri budur: “Bu postu reklama qoysam, işləyərmi?”
Kiçik büdcə ilə işləyən bizneslər üçün hər reklam qəpiyi önəmlidir. Əgər reklam postu işləmirsə, vaxt və pul itkisi qaçılmazdır. Odur ki, postun işləyib-işləmədiyini reklama pul xərcləmədən öncə test etmək vacibdir.
Meta Platformasında Video Kontent Üstünlüyü
Meta (Facebook, Instagram) platformaları xüsusilə video kontentə önəm verir. Reels bölməsi istifadəçilərin çox vaxt keçirdiyi yerdir və Meta algoritmi orada daha çox video reklamları göstərir.
Nə üçün video?
- Video mesajı daha yaxşı ötürür.
- İzləyici emosiyalarına təsir edir.
- Algoritm videoları daha geniş auditoriyaya çıxarır.
Video Hazırlayarkən Nələri Nəzərə Almalı?
✅ Qısa və dinamik olmalıdır (15-30 saniyə idealdır).
✅ İlk 3 saniyə hook ilə izləyicini cəlb etməlidir.
✅ Məhsul və ya xidmət tez göstərilməlidir.
✅ Səs, vizual effektlər və altyazılardan istifadə edin.
TikTok Satış Formulundan İstifadə Et
TikTok izləyiciləri artıq satış yönümlü kontent ritminə alışıb. Oradakı uğurlu satış formulu belədir:
Hook (Diqqət Çəkmək)
- İlk 2-3 saniyə izləyicini cəlb et.
- Gözlənilməz hərəkət, maraqlı sual və ya güclü vizual istifadə et.
- Məsələn: “Bunu bilmirdiniz, amma hər gün istifadə edirsiniz!”
Məhsulu Göstərmək
- Məhsulu vizual şəkildə göstər.
- Yüksək keyfiyyətli, aydın vizualardan istifadə et.
- Çox uzun introdan qaç.
Üstünlükləri Vurğulamaq
- Məhsulun texniki, qiymət və ya sosial üstünlüklərini izah et.
- Konkret ol: “Bu məhsul vaxtınıza 50% qənaət edəcək.”
- Sosial dəyəri vurğula: “Yerli istehsal – fermerləri dəstəkləyir.”
Kreativlik və Brend Dəyərləri: Sadəcə Satma, Dəyər Yarat
Əgər yalnız satmaq üçün paylaşırsansa, müştəri ilə emosional bağ qurmaq çətin olur. İnsanlar yalnız məhsul deyil, həm də dəyər almaq istəyir.
Brendin duruşunu göstər:
- Yerli istehsalatı dəstəklə.
- Ətraf mühitə dost yanaşmanı paylaş.
- Fermerlərə, sənətə, yerli mədəniyyətə dəyər ver.
Müştəri səni yalnız çox pul qazanan sahibkar kimi deyil, duruşu olan bir insan kimi görməlidir. Onda alış-veriş etdikdə özünü daha yaxşı hiss edir və sənə sadiq qalır.
Ən Sadə Test Yolu: Orqanik Paylaşım
Reklama pul xərcləməzdən əvvəl, postu səhifəndə orqanik paylaş.
Necə test etməli?
- Paylaşdığın postun baxış, bəyənmə və paylaşılma göstəricilərinə bax.
- Sorğu keçirt: “Bu məhsulu alardınızmı?”
- Mesaj aydındırmı, izləyici sual altında qalmırmı, bunu yoxla.
- Əgər post orqanikdə satış gətirirsə, reklamda da işləmə ehtimalı yüksəkdir.
Səhifənin Hazırlığına Diqqət Et
Postdan öncə sosial media səhifənin özü hazır olmalıdır. Müştəri reklama klikləyəndə səhifəyə girir və orada bunları tapmalıdır:
✅ Məhsul və ya xidmət haqqında ətraflı məlumat.
✅ Əlaqə formaları.
✅ Digər məhsulların şəkilləri və izahları.
✅ Əvvəlki müştəri rəyləri (testimonials).
Bu məlumatlar olmasa, maraqlı reklam belə satışı bağlamaya bilər.
Nəticə
Az büdcəli sahibkarlar üçün reklam daha ağıllı aparılmalıdır. Reklama başlamazdan əvvəl postu orqanik test et, Meta və TikTok formatlarına uyğun kontent yarat və müştərinin gözündə dəyər yaradan brend ol.
Beləliklə, “Bu postu reklama qoysam, işləyər?” sualına cavab tapmaq üçün addımların belədir:
✅ Video kontentdən istifadə et.
✅ TikTok satış formulunu tətbiq et.
✅ Brend dəyərlərini paylaş.
✅ Postu əvvəlcə orqanik test et.
✅ Səhifəni müştəriyə tam hazırlıqlı göstər
Yazının orijinalı Togrul Khalafli tərəfindən Linkedİn üzərindən paylaşılmışdır