“Big Mac” indeksi nədir?

“Big Mac” indeksi nədir?

“Big Mac” indeksi, müxtəlif ölkələrin valyutalarının real dəyərini müqayisə etmək üçün qeyri-rəsmi, amma maraqlı bir göstəricidir.

Bu indeksi The Economist jurnalı təqdim edib və məqsəd ölkə valyutalarının ABŞ dolları qarşısındakı həqiqi gücünü ölçməkdir.

İndeksin prinsipi sadədir: eyni məhsul – yəni Big Mac burgeri – dünyanın fərqli ölkələrində hansı qiymətə satılırsa, həmin məbləği yerli valyutaya çeviririk və müqayisə edirik.

Bu üsul iqtisadiyyatla maraqlananlar üçün həm sadə, həm də təsirli bir göstəricidir.

Məsələn, Türkiyənin valyutasında bu indeksin real məzənnəyə yaxın nəticə verdiyini görürük.

Amma bu indeksin tam dəqiq olduğunu demək olmaz. Çünki ölkədən-ölkəyə işçi qüvvəsinin maaşı və məhsul istehsalında istifadə olunan inqrediyentlərin qiymətləri dəyişir.

Məsələn, İsveçrədə əmək haqqı və inqrediyentlər bahalı olduğu üçün Big Mac daha baha başa gəlir. Azərbaycanda isə bu amillər nisbətən ucuz olduğundan burgerin qiyməti aşağı olur.

Bu arada, “Big Mac” indeksinə görə dollar-manat məzənnəsi 1.7 yox, 1.12 olmalı imiş.

Sizcə, #BigMacIndex valyutaların müqayisəsi üçün yaxşı bir metod sayılırmı?

Məqalə Kanan Salimov tərəfindən LinkedİN-də yayımlanmışdır

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir