ChatGPT 10 İldir Diaqnozu Qoyulmayan Xəstəliyi Müəyyənləşdirib

Amerikalı qadının 10 ilə yaxın müddətdə həkimlərdən cavab tapa bilmədiyi sağlamlıq problemlərinə süni intellekt kömək edib.

26 yaşlı Kortni izlədiyi «Grey’s Anatomy» serialından təsirlənərək tibbi sahəyə maraq göstərməyə başlayıb. Lakin yeniyetmə yaşlarında belində kəskin ağrılar yaşamağa başlayanda həkimlər ona müxtəlif səbəblər göstərərək fərqli diaqnozlar qoyublar. Məsələn, skolioz və psixosomatik ağrılar kimi.

Kortni illərlə bir çox mütəxəssisə müraciət etsə də, ağrısının əsl səbəbi tapılmayıb. O isə ağrıdan o qədər əziyyət çəkirmiş ki, hətta yerimək belə çətinləşirmiş. Bir gün Kortni öz əlamətlərini detallı şəkildə ChatGPT-yə yazır. Süni intellekt isə cavabında ona Tethered Cord Syndrome (onurğa beyni dartılma sindromu) diaqnozunu irəli sürür.

Kortni bu cavabı oxuyandan sonra yenidən həkimə müraciət edir və aparılan müayinələr nəticəsində ChatGPT-nin təklif etdiyi diaqnoz təsdiqlənir. Hazırda Kortni əməliyyat olunub və sağlamlığında ciddi irəliləyişlər müşahidə olunur.

Bu hadisə süni intellektin tibbi diaqnostikada nə qədər potensiala malik olduğunu bir daha göstərir. Hərçənd, mütəxəssislər bildirir ki, belə texnologiyalar hələ həkim məsləhətini əvəz edə bilməz, lakin diaqnostika prosesində əlavə yardımçı vasitə kimi çox dəyərli ola bilər.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir