Gizli İş Axtarmağın Sirləri: “Open to Work” Etiketini Necə Gizlədək?

İş axtarışına çıxmaq hər zaman incə mövzudur. Xüsusilə də, hazırda işlədiyin yerdə rəhbərlik və həmkarların bunu bilməsin istəyirsənsə. Bəs LinkedIn-də “Open to Work” funksiyasını istifadə edib, amma o yaşıl çərçivəni profil şəklində göstərmədən necə gizli iş axtarmaq olar?

Çox sadədir!

  • LinkedIn-də “Open to Work” bölməsinə daxil ol.
  • Məlumatlarını (istədiyin vəzifə, iş növü, şəhər və s.) doldur.
  • Ən vacibi isə gizlilik ayarını seç:
    “Recruiters only” seçimini işarələ.

Bu zaman sənin iş axtardığını yalnız başqa şirkətlərdə çalışan RecruiterHire edən şəxslər görə bilir. Ən gözəl tərəfi isə odur ki, hazırda işlədiyin şirkətin HR-ları və recruiter-ləri bu məlumatı görə bilmir. Beləliklə, iş axtarışın tamamilə məxfi qalır və yaşıl “Open to Work” çərçivəsi də profil şəklinin üstündə görünmür.

İş axtarırsansa, amma bunu gizli saxlamaq istəyirsənsə, LinkedIn-in bu özəlliyindən mütləq istifadə et!

Yazının orijinalını Turkan Akbarova tərəfindən Linkedİn-də paylaşılıb.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir