Kontent Paylaşmağa Necə Başlamalı? Sosial Mediada Sistemli Yanaşmanın 3 Addımı

Kontent yaratmağa başlamaq istəsən də, çox vaxt belə bir sual yaranır: “Kontent paylaşmağa başlamaq istəyirəm, amma necə sistemləşdirəcəyimi bilmirəm.”

İngilislər demiş, “I got you!”

Sosial media platformasından asılı olmayaraq, izləməli olduğun 3 sadə addım var. Əgər şəxsi brend qurmaq, xidmət və ya məhsulunu satmaq istəyirsənsə, bu addımlar sənə sistemli irəliləməkdə kömək edəcək.


1. Paylaşım Edəcəyin Sahəni (Nişi) Seç

Bu, sənin əsas kontent mövzundur. Adın gələndə insanların ağlına hansı sahə gəlir? Səni hansı sahə üzrə ekspert bilirlər? Bu sualların cavabı sənin özək istiqamətini müəyyən edir.

Niş seçərkən düşün:

✅ Hansı mövzularda həvəsli danışırsan?
✅ Hansı sahədə bilik və təcrübən var?
✅ İnsanlar səninlə o mövzuda məsləhətləşir?

Bu seçim sənin şəxsi brendinin təməlidir.


2. Əsas İstiqamətinə Bağlı Alt Mövzuları Tap

Əsas istiqamətini seçdikdən sonra, ona bağlı alt mövzuları müəyyən et. Kontent planında onlara yer ver.

Məsələn: Əsas istiqamətin karyera kouçinqidirsə, alt mövzular bunlar ola bilər:

  • Müsahibə hazırlığı
  • İş axtarma strategiyaları
  • CV və LinkedIn profili
  • Peşəkar ünsiyyət bacarıqları

Bu alt mövzular kontentini rəngarəng və hədəf auditoriya üçün faydalı edir.


3. Sistemləşdir və Paylaş

Əsas istiqamətini və ona bağlı alt mövzuları seçdikdən sonra kontent planı hazırlamağın vacibdir.

Necə sistemləşdirəsən?

✅ Mövzuları həftələrə böl.
✅ Hər həftə hansı mövzuda paylaşım edəcəyini əvvəlcədən yaz.
✅ Günü, saatı seç və daim eyni vaxtda paylaş.
✅ Kontentini müxtəlif formatlarda təqdim et (video, məqalə, story, reels və s.).

Unutma: Sistem və strategiya yoxdursa, məqsəd də yoxdur. Məqsəd yoxdursa, nəticə də yoxdur.


Nəticə

Kontent paylaşmağa başlamağın sirri sadədir:

✅ Öz sahəni seç.
✅ Alt mövzuları müəyyən et.
✅ Sistem qur və paylaş.

Bu yanaşma sənə həm şəxsi brend qurmaqda, həm də sosial mediada izləyici qazanmaqda böyük kömək olacaq. Uğurlu sosial media fəaliyyəti yalnız kontent yaratmaqdan yox, onu strategiya ilə idarə etməkdən keçir.
Yazının orijinalı Teyba Safarova tərəfindən Linkedİn üzərindən paylaşılıb

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir