E-ticarət sahəsində fəaliyyət göstərən bizneslər üçün Meta-dan yeni və həyəcanverici xüsusiyyət təqdim olunub!
Meta artıq sizə imkan verir ki, öz fərdi “Business AI” agentinizi qurub müştərilərinizlə müxtəlif platformalarda interaktiv əlaqə qurasınız. Bu süni intellekt agenti Messenger, WhatsApp söhbətləri, Facebook və Instagram reklamları, hətta sizin vebsaytınızda belə istifadə oluna bilər.
Hazırda bu xüsusiyyət beta mərhələsindədir və siz artıq gözləmə siyahısına qoşula bilərsiniz ki, öz AI agentinizi qurub müştərilərə 24/7 xidmət göstərə biləsiniz.
Bu xüsusiyyətlə siz nələr edə bilərsiniz?
🎓 AI agentinizə məhsul və xidmətlərinizi öyrədə bilərsiniz.
🛍️ Müştərilərə fərdi məhsul tövsiyələri paylaşaraq onların saytınızda doğru məhsulu tapmasına kömək edə bilərsiniz.
Business AI sizin məzmununuza və məhsul kataloqunuzdakı məlumatlara əsaslanaraq öyrədilir. Hansı mövzular və ya situasiyaların AI tərəfindən idarə olunacağına siz qərar verirsiniz. Eyni zamanda, geri qaytarma siyasətiniz, promo kodlarınız, müştərilərlə paylaşılacaq xüsusi linklər kimi məlumatları əlavə edə, yaxud AI agentinizin danışmamalı olduğu mövzuları istisna edə bilərsiniz.
Bu beta xüsusiyyətinə qoşulmaq üçün sadəcə belə edin:
➡ Meta Business Suite > Engage Audience > Business AI • Beta
Meta ilə biznesinizi növbəti səviyyəyə daşıyın!
Yazının orijinalı Bran Van der Hallen tərəfindən Linkedİn-də paylaşılıb