Sayt Köçürməsi Niyə Rəqəmsal Faciəyə Çevrilə Bilər?
Yeni bir sayt dizaynı və ya domen dəyişməsi, daha modern görünmək və istifadəçi təcrübəsini artırmaq üçün atılan vacib bir addımdır. Amma SEO tərəfdən düzgün köçürülməyən saytlar üçün bu dəyişiklik illərlə toplanan trafikin və indeks gücünün birdən-birə sıfırlanması ilə nəticələnə bilər.
Aşağıda bu problemi yaşamamaq üçün mütləq nəzərə alınmalı 5 əsas SEO faktorunu sizinlə bölüşürük:
1. 301 Redirect Sistemi Dəqiq Qurulmalıdır
Niyə vacibdir?
Əgər köhnə URL-lər yeni URL-lərə 1:1 şəkildə 301 redirect olunmazsa, Google yeni URL-ləri tamamilə sıfırdan indeksləyəcək və əvvəlki SEO gücü itəcək.
Tövsiyə:
- Screaming Frog ilə bütün köhnə URL-ləri çıxarın.
- Yeni URL-lərlə uyğunlaşdırın və 301 redirect qurun.
- Redirect zəncirlərindən (chain redirect) qaçın.
2. Canonical Tag-ları Yeniləyin
Niyə vacibdir?
Canonical link-lər köhnə URL-lərə işarə edərsə, Google yeni versiyanı “duplikat” kimi görə bilər. Bu da indeksləmə probleminə və səhifələrin sıralama itkisiylə nəticələnə bilər.
Tövsiyə:
- Saytın başlıca səhifələrindəki canonical link-ləri yoxlayın.
- Onların yeni URL strukturlarına yönəldiyinə əmin olun.
3. Sitemap və Robots.txt Faylları Yenilənməlidir
Niyə vacibdir?
Köhnə sitemap və robots.txt faylları saytın yeni strukturunu əks etdirməzsə, Google bot-lar yeni səhifələrə çatmaya bilər.
Tövsiyə:
- Yeni sitemap.xml faylını yaradın və Search Console vasitəsilə göndərin.
- Robots.txt faylını yeni struktur və qovluqlara uyğunlaşdırın.
- Bloklanmış səhifələrin siyahısını təkrar gözdən keçirin.
4. Meta Teqlər Düzgün Köçürülməlidir
Niyə vacibdir?
Meta başlıq və təsvirlər düzgün köçürülməzsə və ya təkrarlanarsa, axtarış nəticələrində görünürlük aşağı düşə bilər.
Tövsiyə:
- Hər səhifənin meta başlığı və təsvirinin unikal olduğuna əmin olun.
- Title və description-ları yeni səhifə strukturuna uyğunlaşdırın.
- Kopya məzmun (duplicate content) riskini minimuma endirin.
5. Backup və Struktur Xəritəsi Hazırlayın
Niyə vacibdir?
Əgər hər hansı bir səhifə və ya link köçürülmə zamanı itdisa, trafik itkiləri qaçınılmazdır.
Tövsiyə:
- Screaming Frog kimi alətlərlə saytın tam xəritəsini çıxarın və arxivləyin.
- Saytın backup versiyasını saxlayın ki, itkiləri tez bərpa edə biləsiniz.
- Əsas səhifələrin və linklərin yoxlanış siyahısını yaradın.
Yazının əsili Azər İsmayilov tərəfindən Linkedİn-də paylaşılmışdır.