WhatsApp Artıq Google My Business-də: Bizneslər üçün Yeni Fürsətlər

WhatsApp artıq Google My Business hesablarına inteqrasiya olunub. Bu yenilik xüsusilə bizneslər üçün müştəri ilə daha sürətli və yaxın əlaqə qurmaq baxımından böyük üstünlüklər gətirir.

Özəlliklə bizim bazarda insanlar WhatsApp ilə ünsiyyət qurmağa daha çox üstünlük verirlər. Buna görə də bu yenilik lead toplama və satışa çevirmə (conversion) proseslərinə ciddi töhfə verəcək.


Google My Business-də WhatsApp Necə İşləyir?

İndi Google My Business hesabınızda Chat bölməsinə girəndə, WhatsApp-ı seçmək imkanı yaranır.

Bu nə deməkdir?

  • Müştəri Google axtarışında biznesinizi tapır.
  • “Chat” düyməsinə klikləyir.
  • Birbaşa WhatsApp üzərindən sizə mesaj göndərə bilir.

Beləliklə, müştəri heç bir əlavə addım atmadan sevdiyi platformada sizinlə əlaqəyə keçir.


Niyə Bu Yenilik Vacibdir?

WhatsApp Bizim Bazarda Ən Sevimli Ünsiyyət Kanalıdır

  • İnsanlar zəng etməkdən çəkinir, amma WhatsApp mesajına daha tez cavab verir.
  • Yazışmalar daha şəxsi və rahat olur.
  • Müştəri sorğuları sürətlə cavablandırılır, bu da etibar yaradır.

Lead Toplama Prosesi Daha Effektiv Olur

WhatsApp inteqrasiyası ilə:

  • Müştəri məlumatları daha asan toplanır.
  • İlkin əlaqə daha isti (warm lead) olur.
  • Satış komandası real vaxtda cavab verərək satış şansını artırır.

Conversion Dərəcəsi Artır

Müştərilərin WhatsApp-da yazması, onların artıq satınalma marağı olduğunu göstərir. Əgər sürətli və düzgün cavab verilərsə:

  • Müştəri özünü dəyərli hiss edir.
  • Alış qərarını daha tez verir.
  • Conversion dərəcəsi yüksəlir.

Kimlər Üçün Ən Çox Faydalıdır?

  • Kiçik və orta bizneslər
  • Xidmət sahəsində fəaliyyət göstərən şirkətlər (gözəllik salonları, təmir xidmətləri və s.)
  • E-ticarət saytları
  • Restoranlar və kafe-lər
  • Turizm və səyahət şirkətləri

Nəticə

Google My Business və WhatsApp inteqrasiyası, bizneslərin müştəri ilə əlaqəsini gücləndirir, sürətləndirir və satış imkanlarını artırır.

Əgər hələ Google My Business hesabında bu funksiyanı aktiv etməmisənsə, indidən yoxlamağa dəyər. Çünki WhatsApp bizim bazarda həm müştəri rahatlığı, həm də biznes uğuru deməkdir.

Yazının əsili Xanağa Aslan tərəfindən Linkedİn-də yayımlanmışdır.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir